Poroşenkonun şirkəti Azərbaycanı zəhərləyir - VİDEO

Poroşenkonun şirkəti Azərbaycanı zəhərləyir - VİDEO
  06 Noyabr 2014    Oxunub:13560
Vaxtı keçmiş məhsullar, boş qutular, saxta etketlər və aldanan Azərbaycan alıcısı...

Ukrayna prezidenti, məşhur biznesmen Pyotr Poroşenkoya məxsus şirkətin Azərbaycandakı filalı haqqında maraqlı məlumat dərc olunub.

Avropa.info-da dərc olunan materialda bildirilir ki, keçmiş SSRİ məkanında məşhur olan "Roşen" şirkətinin Azərbaycan filalı vətəndaşlara vaxtı keçmiş məhsulları sırımaqla məşğuldur. Şirkətin Azərbaycan filialının rəhbəri, Tibbi Unversitetinin müəllimi Akif Hacıyevin tapşırığı ilə 10 ildir ki, davam edən prosesə "Roşen"in mərkəzi ofisinin də razılıq verdiyi üzə çıxıb.

Əldə olunan məlumata görə, artıq uzun illərdir ki, vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün "Roşen"in mərkəzi ofisindən Azərbaycana üstündə istifadə vaxtı təzə göstərilən boş qutular və etketlər göndərilir.

Vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in Azərbaycan filialının Sumqayıt şəhəri, Bakının Badamdar və Bakıxanov qəsəbələrində, Bakı şampan zavodu ərazisindəki xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə sırınır.

Saytın əldə etdiyi məlumata görə, bu işləri həyata keçirmək üçün şirkətin Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu əmələ cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar.

Təqribən 2 ay öncə isə, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərüffat sahəsində yerləşən və "Roşen"in xəlvəti saxta etket vurma anbarında fəhlələrlə, şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar.

Bu gün isə bu qanunsuzluğa etiraz edən "Roşen"in vaqonboşlatma üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, bu fəhlələr uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla qeyri- qanuni olaraq əmək müqaviləsi bağlanmayıbmış.

Məsələylə bağlı "Roşen"in Azərbaycandakı filialının direktor müavini Şahbala İsgəndərov araşdırma aparacaqlarını və bundan sonra cavab vermək məsələsində məsləhətləşəcəyini deyib.

"Nə bilim bəlkə siz yoldan ötənin birisiniz. Mən elə hər yoldan ötənə cavab verməliyəm?".







Teqlər:





Xəbər lenti