50 yaşlı “Sehirli xalat”

  03 Noyabr 2014    Oxunub : 1308
50 yaşlı “Sehirli xalat”
Noyabrın 5-də Nizami Kino Mərkəzində bir neçə nəslin sevimli ekran əsəri olan, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehirli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Kinostudiyadan AzVision.az-a bildirilib ki, yubiley axşamında filmdə çəkilmiş qüdrətli sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən danışılacaq. Filmdəki ifaçılar arasında xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak etmək üçün Bakıya gələcək.
“Sehrli xalat” filmi ilə bağlı tədqiqat işinin müəllifi rusiyalı kinoşünas Andrey Vyatkin maraqlı fikirlərini bölüşəcək.

Teqlər: