Avropa Peyntbol Federasiyasının rəhbərləri Azərbaycana gələcək

  23 Oktyabr 2014    Oxunub : 1555
Avropa Peyntbol Federasiyasının rəhbərləri Azərbaycana gələcək
Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Togayev və qurumun katibi Viktoriya Sarantseva Azərbacanın Milli Bayraq Günü və Konstitusiya gününə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatında iştirak etmək üçün Azərbaycana gələcək.

Azərbaycan Respublikası Peyntbol Federasiyasının Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfərdə əsas məqsəd Respublika Çempionatında qonaq qismində iştirak etmək, Azərbaycanda aparılan idman islahatları ilə yerində tanış olmaqdır.

Peyntbol idman növü üzrə beynəlxalq dərəcli ekspertlər olan qonaqlar Azərbaycanın Milli Bayraq Günü və Konstitusiya Gününə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatının iştirakçıları üçün keçiriləcək seminarda ekspert qismində də iştirak edəcəklər.

Qeyd edək ki, 8-9 noyabr 2014-cü il tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya gününə həsr edilmiş hüquq mühafizə orqanları, silahlı qüvvələr və digər strukturlarının əməkdaşları arasında Peyntbol idman növü üzrə Respublika Çempionatı keçiriləcək. Çempionat Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi və ASAN Xidmətlə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutacaq.

8 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayacaq Çempionatın açılış mərasimi Azərbaycan Respublikasının dövlət himni səsləndirldikdən sonra start veriləcək.

Respublika Çempionatının rəsmi Əsasnaməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiqlənib.

Teqlər: