43 min abituriyent sənəd verib

43 min abituriyent sənəd verib
  29 Aprel 2013    Oxunub:1985
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir.

Bugünə qədər 43 min abituriyent komissiyaya ərizə verib. AzVision.az-a bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, bu proses mayın 17-dək aparılır. Göstərilən tarixə qədər abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidilər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti