Nazirlikdən xəbərdarlıq: leysan olacaq
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq
Sentyabrın 17-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
AzVision.az