Bakıdakı masaj salonlarının iç üzü - VİDEO

Bakıdakı masaj salonlarının iç üzü - VİDEO
  16 Sentyabr 2014    Oxunub:12022
Paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Təkcə küçələr deyil, eləcə də sosial şəbəkələr və internetdə də dırnaqarası hər növ masaj ustalarının elanlarını görmək olar.
Yalnız kişilərə xidmət göstərən qadın masajçılar masajın hansı növünü onlara tədbiq edir - deyə bilmərik. Amma hər halda masaj salonları haqqında şəhər sakinlərinin fikirləri də müsbət deyil.

Bakıda masaj salonlarından birinin nümayəndəsi ikibaşlı fəaliyyət göstərdiklərini təsdiqləyir. Həm intim, həm də sadəcə ad olsun deyə masaj yazdıqlarını bildirir. Bu ad altında fəaliyyət göstərən belə salonlar isə heç də az deyil.

Masaj salonlarından birinin qapının qarşısında bizi qarşılayan 55-60 yaşlarında bu xanım içəridən kiməsə səslənir. Sonradan aydın olur ki, sən demə, masaj salonunu və orada dırnaqarası masaj edənləri fırladan bu xanım imiş.

Qarşılaşdığımız mənzərə isə sadəcə dəhşət idi. Gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə "müəyyən" masajlar edən xanımlar yorulub əldən düşüb. Elə salondaca yuxuya gediblər.

Qalanları isə min cəhdlə hələ də canının sulu olduğuna müştərini inandırmağa çalışır.

Növbəti üz tutduğumuz məkan da masaj salonu adı altında fəaliyyət göstərir. Amma burada da məqsəd başqadır. Masaj otağında yaşı 22-dən tutmuş 35-ə qədər olan xanımlar saatı 30 manatdan başlayan qiymətlərlə masajdan başqa nə işlə desən məşğuldurlar.

Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların dili ilə desək, “masajistkaların” heç birinin nə bu sahə üzrə təhsili, nə də onlarda hər hansisa bir xəstəliyin olub-olmamasi barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər.

Bu, bir jurnalist kimi apardığımız bir neçə saatlıq araşdırmanın nəticəsi idi. Masaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 3 salonu aşkara çıxardıq. Hər halda aidiyyəti qurumlar bunu gördü və yaxın zamanlarda bu salonlar haqqında bir tədbir görülər (ANS).




Teqlər:





Xəbər lenti