Suriyaya gedən idmançının ölüm xəbəri yalan çıxdı

Suriyaya gedən idmançının ölüm xəbəri yalan çıxdı
  14 Sentyabr 2014    Oxunub:2237
"Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil".
AzVision.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.

Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.

"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır" - deyə çempionun yaxınları bildiriblər.




Teqlər:





Xəbər lenti