AMAY-dan 150 nəfər təxliyyə edilib - FHN

AMAY-dan 150 nəfər təxliyyə edilib - FHN
  13 Sentyabr 2014    Oxunub:1669
Fövqəladə Hallar Nazirliyi AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanıb, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib.

Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyyə olunub. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti