Avtovağzalda quldurluq olayı

Avtovağzalda quldurluq olayı
  12 Sentyabr 2014    Oxunub:1590
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 11-də Binəqədi rayonu Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturub metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin S.Mürsəlovu bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti