Övladları vaxtsız ölən məşhurlar... - SİYAHI, FOTOLAR

Övladları vaxtsız ölən məşhurlar...  - SİYAHI, FOTOLAR
  10 Sentyabr 2014    Oxunub:27570
Azərbaycanda son günlər bir neçə məşhur insanın övladı vaxtsız, gənc yaşında dünyasını dəyişdi. Həyat o qədər acımasızdır ki, kimliyindən aslı olmayaraq bu acını, itkini hər bir insana yaşadır. Övlad acısı yaşayanlar arasında sənət adamları, tanınmış siyasətçilər, Xalq artisləri də var.

Ümumiyyətlə son illər sənət adamları arasında övladlarını vaxtsız itirənlərin sayı heç də az deyil. Onların övladlarının bir çoxu xəstəlikdən, ağır qəza nəticəsində cavan yaşlarında dünyasını dəyişib.

AzVision.az saytı övlad acısı yaşayan məşhurlarla bağlı kiçik araşdırma aparıb.

Bu günlərdə respublikanın tanınmış diktoru, Xalq artisti Şərqiyyə Hüseynovanın qızı vəfat etdi. Məlumata görə, Xalq artistinin 1971-ci il təvəllüdlü qızı Mehriban Əhmədovanın ölümünə səbəb beyinə qan sızması olub.

Qohumları onun əvvəllər astma xəstəliyindən əziyyət çəkdiyini deyiblər. 43 yaşlı mərhumənin 14 yaşında Ayan adlı bir qızı ondan yadigar qalıb.



Xalq artisti, aktrisa Nuriyyə Əhmədovanın oğlu Əli Xanlar oğlu İslamzadə də bu yaxınlarda dünyasını dəyişib. 37 yaşlı Əli İslamzadə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ə.İslamzadə avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən, 3 saylı Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Orada bir neçə gün qaldıqdan sonra həkimlər onu evə buraxıblar.

Qeyd edək ki, bir neçə il öncə aktrisanın qızı da faciəli şəkildə dünyasını dəyişmişdi. Belə ki, o, həyat yoldaşı tərəfindən qətlə yetirilmişdi.



Azərbaycanın gülüş ustası, Xalq artisti Arif Quliyev də övladını itirən tanınmışlardan sayılır.

Aktyorun 1978-ci il təvəllüdlü oğlu Fərid Quliyev dünyasını dəyişib.

Aktyor mətbuata açıqlamalarında bildirib ki, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib.

Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. A.Quliyevin oğlu ölümündən 1 il öncə həbsdən çıxmışdı.

Fərid Quliyev bu müddət ərzində dəfələrlə xəstəxanada və evdə müalicə olunub.

Xatırladaq ki, F. Quliyev qəsdən adam öldürdüyünə görə 14 il həbs cəzası almışdı.
O, 2012-ci ildə dünyasını dəyişib.



Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızının ailəsi də ağır itki yaşayıb. Şairənin oğlu Fərid 32 yaşında qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.



Azərbaycanda fəaliyyət göstərən ilk prodüserlərdən biri olan Asif Kərimov oğlunun vaxtısz vəfatından kədərlənən atadır. İfaçılar Mətanət İsgəndərli və xanəndə Elnarə Abdullayevaya ilk addımlarında kömək olan Asif bəyin 18 yaşlı oğlu ağır xəstəlikdən dünyasını dəyişib. Prodüserin oğlu Cavidan 10 ildən çoxdur ki, xəstəlikdən əziyyət çəkib.



Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınan faciəvi hadisə nəticəsində də tanınmış rejissorun qızı həlak olub. Belə ki, Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb və nəticədə 10 yaşlı Qorçu Dəniz Tərlan qızıhadisə yerində dünyasını dəyişib.

Qorçu Dəniz Azərbaycanda ilk və yeganə özəl marionet teatrının təsisçisi, rejissoru Tərlan Qorçunun qızıdır.



Mahir tar ifaçısı, Xalq artisti Ağasəlim Abdullayev də yaxınlarını itirən sənətçilərdəndir. Belə ki, Azərbaycanın Xalq artisti yol qəzası nəticəsində ömürgün yoldaşını və nəvəsini faciəli şəkildə itirib. Gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb.



Xalq artisti, sənət aləmində Teymur Əmi kimi tanınan Teymur Mustafayevində oğlu faciəvi şəkildə həlak olub. Belə ki, 2007-ci il mayın 29-da saat 17.00 radələrində Bakıxan Mustafayevin idarə etdiyi “Vaz 21010” markalı avtomobili müəmmalı şəkildə yanıb. B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş verib. B.Mustafayev ailəli idi, iki övladı var.
Övladını itirənlər arasında tanınmış siyasətçilər də var.



Klassik Xalq Cəbhəsi Partiyasınım (KXCP) sədri Mirmahmud Mirəlioğlu daha dəhşətli faciə yaşayan tanınmış şəxsdir. Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. KXCP qərargahı qarşısında qəfildən yerə yıxılan M. Fəttayev sonra dünyasını dəyişib.
2012-ci ildə isə M.Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.

M. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb.



Tarix elmləri doktoru Cəmil Həsənlinin oğlu Vüqar Həsənov da vaxtsz dünyasını dəyişib. O, 2007-ci ildə paytaxtın Atatürk prospektində ağır yol qəzasına uğrayıb. İdarə etdiyi «Mersedes» əvvəlcə «Opel» markalı avtomobillə toqquşub, daha sonra yol kənarındakı daşlara çırpılıb. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan V.Həsənovu həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Mərhum Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsində çalışıb.



Tanınmış yazıçı-publisist Rafiq Səməndərin oğlu isə dəm qazından boğulub. 2013-cü ildə yazıçının oğlu 1979-cu il təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz tapılıb.

“Savalan” Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi ifaçısı Novruz Novruzlunun 16 yaşlı qızı da dəm qazından boğulub. Sufi ifaçısının qızı Nədimli Novruzlu 2014-cü ildə faciəli şəkildə dünyasını dəyişib.



Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın ailəsi də övlad faciəsi yaşayıb. 2008-ci ildə millət vəkilinin oğlu Elçibəy Mustafayev və qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib.

Elçibəy Mustafayev 2000-ci ildə doğulub, ölən zaman 2-ci sinif şagirdi idi.



Hazırladı: Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti