Partlayan binanın aqibəti necə olacaq? - AÇIQLAMA

Partlayan binanın aqibəti necə olacaq? - AÇIQLAMA
  09 Sentyabr 2014    Oxunub:3419
Xırdalanda partlayış baş verən mənzilin yerləşdiyi blok tamamilə uçurulub. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri təhlükəsizliklə bağlı araşdırma aparırlar. Onların rəyindən sonra blokda yaşayan sakinlərə evlərindən əşyalarını çıxarmağa icazə veriləcək.
Partlayış baş verən binanın tamamilə sökülməsinə gəlincə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, tikinti və nəzarət işçiləri hazırda ərazidə işləyirlər:

“Onların araşdırmalarından sonra dəqiq rəy veriləcək. Amma bu barədə dəqiq məlumat yoxdur. Yəqin ki, insanların bundan sonra həmin binada yaşaması çətin olar”-deyə FHN rəsmisi vurğulayıb.

Xatırladaq ki, dünən Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış baş verib və nəticədə binann bir bloku uçub. FHN-nin xilasediciləri tərəfindən dağıntılar altından yaralanan 9 nəfər və vəfat etmiş 3 nəfər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Anar


Teqlər:  





Xəbər lenti