Partlayışda 2 nəfər ölüb - rəsmi AÇIQLAMA

Partlayışda 2 nəfər ölüb - rəsmi AÇIQLAMA
  08 Sentyabr 2014    Oxunub:2072
Vəfat etmiş 2 nəfərin meyiti çıxarılıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Hal-hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti