“Xalid Mədətov ən ağır cəzaya layiqdir” – Xalq artisti
“Cinayət məcəlləsində onun işi ilə bağlı 7-ildən 12 ilədək cəza göstərilirdi. Ən yüksək cəzanı veriblər. Razılaşıram. Mən əvvəldən inanırdım ki, elədiyi əməlin cəzasını çəkəcək”-deyə tarzən razılığını bildirib.
Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Şahanə RƏHİMLİ