Azərbaycanın xalq artisti çətin durumda
Xalq artisti bildirib ki, oğlu xəstəxanadan evə çıxarılıb: “Həkimlər əllərindən gələni ediblər. Hər şey Allahın əlindədir. 36 yaşında uşağımın vəziyyəti yaxşı deyil (ağlayır). Allaha yalvarıram ki, sağalsın. Oğluma mən baxıram. Özümün də halım yoxdur. Bu dəqiqə oğlumun və özümün hayındayam. Ev şəraitsizlikdi, qaz da yoxdu. Hələlik rəfiqəmin evində qalırıq. Kiçik oğlum balaca kirayə ev axtarır. Buranın havası oğluma düşmür”.
Qeyd edək ki, xalq artistinin oğlu Əli bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Evi olmayan xalq artisti bir müddət əvvəl virtualaz.org saytına açıqlamasında avqustun2-də Milli Kino günündə ona ev veriləcəyinə gözlədiyini demişdi. Lakin onun bu ümidi də puça çıxdı. Xalq artisti hazırda rəfiqələrinin və qohumlarının evində yaşayır.
Teqlər: