`Niyə ancaq Azərbaycanı pisləyirlər?`
Məsələn, Avropa Şurası, “Amnesty İnternational”, “Human Rights Watch” kimi qurumlar hesabatlarında Azərbaycanı əsas hədəf kimi daha da qabardırlar. Çünki Azərbaycanın müstəqil, milli və demokratik yolla inkişafı bəzi dairələrə sərf etmir. Məsələn, “Human Rights Watch” kimi qurumlar erməni lobbisinin ciddi təsiri altındadır. Təbii ki, buna görə də qurum Azərbaycana qarşı sifarişli qərəzkarlığını mütəmadi büruzə verir. Bu azmış kimi, AŞ da ölkəmizlə bağlı qeyri-ciddi, dezinformasiyalara əsaslanan bəyanatlar verir. Belə məqamlarda isə onlar, açıq-aşkar faş olan ikili standartlara yol verdiklərini gizlədə bilmirlər.
“Məsələn, qonşu Gürcüstanda Saakaşvili dönəmində onlarla insan məhz siyasi baxışlarına görə həbs olundu. AŞ PA isə öz bəyanatlarında bunu cidd-cəhdlə “gizlətdi”. Bu azmış kimi, Gürcüstan sözügedən sahədə regiona “nümunə” kimi təqdim olunmağa başladı. Elə indi də ortada Gürcüstanda 100-ə yaxın siyasi məhbus olması faktı durur. Onlar jurnalist, QHT-çi, bloqçu, hüquq müdafiəçisi olmaqla, siyasi baxışlarına görə həbsdə yatırlar. Belə isə niyə Gürcüstanda bu boyda siyasi məhbus kütləsinə yuxarıda adları çəkilən xarici qurumlar heç bir reaksiya vermir, bu durumu “görmürlər”? Niyə onlar bu aşkar faktı hesabat və bəyanatlarına əlavə etmək əvəzinə, yenə də sifarişlə Azərbaycanda “siyasi məhbus” ovuna çıxıblar? Axı bu qərəzli yanaşma hamı tərəfindən açıq-aşkar görünür!?
Biz Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi olaraq ölkəmizə qarşı olan ikili münasibəti qətiyyətlə pisləyirik, bu cür qərəzli münasibətə öz qəti etirazımızı bildiririk. Bu sahə ilə bağlı bütün beynəlxalq qurumlardan ədalətli və obyektiv yanaşma nümayiş etdirmələrini tələb edirik” - deyə bəyanatda bildirilir.
Teqlər: