Ziya Məmmədova başsağlığı verdilər

Ziya Məmmədova başsağlığı verdilər
  31 Avqust 2014    Oxunub:3734
Nazirliklər, dövlət rəsmiləri nəqliyyat naziri Ziya Məmmədova qardaşı qızı Günay Ələsgərovanın ölümü ilə bağlı başsağlığı veriblər.
AzVision.az xəbər verir ki, vergilər naziri Fazil Məmmədov başda olmaqla nazirliyin əməkdaşları, digər dövlət qurumlarının vəzifəli şəxsləri, tanınmış şirkətlər adından “Azərbaycan” qəzetində Ziya Məmmədova başsağlığı verilib.

Qeyd edək ki, avqustun 28-də Bakı-Quba yolunda baş verən dəhşətli qəza nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti