“ASAN” Könüllüləri yay məktəbinə yekun vurdu – FOTOLAR

“ASAN” Könüllüləri yay məktəbinə yekun vurdu – FOTOLAR
  30 Avqust 2014    Oxunub:5610
“ASAN” Könüllüləri Gənclər Təşkilatı tərəfindən Mİngəçevirdə 3 gün ərzində keçirilən “1-ci Yay Məktəbi” layihəsi işini yekunlaşdırıb.

Yay Məktəbinin bağlanış mərasimində Gənclər və Idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov iştirak ediblər.

Tədbirdə gənclərin dövlət işlərinə cəlb edilməsində bu cür təşkilatların rolunun vacib olduğu vurğulanıb. Bildirilib ki, hazırda 300 dən artıq könüllü “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir və 3 gün ərzində gənclər aktual mövzuları müzakirə ediblər.

Sonra yay məktəbi haqqında hazırlanan videoslayt nümayiş olunub. Mərasimə qatılan Gənclər və İdman naziri Azad Rəhimov və digər qonaqlar çıxış edərək azərbaycanlı gənclər üçün yaradılan imkanlardan danışıblar.

Tədbirdə eyni zamanda Yay məktəbinin təşkil olunmasının səbəbi də vurğulanıb. Bildirilib ki, əsas məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdən ibarətdir.

Yay məktəbinin yekunu olaraq könüllülər tərəfindən hazırlanan layihələr qiymətləndirilib. Qiymətləndirmə əsasında ilk üç yeri tutmuş komandaların layihələri Təşkilat tərəfindən həyata keçiriləcək.

Qalereya




Teqlər:





Xəbər lenti