Kürdə daha bir ölüm

Kürdə daha bir ölüm
  28 Avqust 2014    Oxunub:1315
27 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonu, Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Etibar Şükür oğlu Nuriyevin axtarışları başa çatıb.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, E.Nuriyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti