YAP-çı deputatlar Türkiyədə xəstəxanada
Səmimi salamlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə çatdırılmasını xahiş edən əsgərlərimiz qeyd ediblər ki, burada onların müalicəsi ilə bağlı bütün şərait yaradılıb və bundan sonra da Vətənimizin müdafiəsi üçün döyüşməyə hazırdırlar. Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri, o cümlədən dövlət rəsmiləri tərəfindən ziyarət edilmələrini ölkəmizə və dövlətimizə rəğbətin göstəricisi olduğunu bildirən əsgərlərimiz cəbhə yoldaşlarının, eləcə də gələcəkdə Vətənimizin keşiyində dayanacaq gənclərin düşmənə layiqli cavab verəcəklərini vurğulayıblar.
Mübarizə hələ qarşıdadır deyən Ədalət Məmmədov bildirib ki, düşmənin xain hücumu nəticəsində bir neçə hərbiçimizin şəhid olması və yaralanması Azərbaycan əsgərlərinin düşmənə qarşı mübarizə əzmini daha da artırıb.
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun nəvəsi Elvin Əsgərov torpaqlarımızın müdafiəsi zamanı əsgər yoldaşlarının göstərdikləri qəhrəmanlıqları ömrünün sonunadək qürurla xatırlayacağını və Azərbaycan döyüşçülərindəki ruh yüksəkliyini düşmən üçün hər zaman sarsıdıcı olduğunu bildirib.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyin şərəfli vəzifə olduğunu bildirən Sərxan Tahirzadə göstərilən diqqət və qayğını Azərbaycan dövlətinin onların timsalında bütün hərbi qulluqçularımıza olan yüksək münasibəti kimi dəyərləndirib.
Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.