Tovuzda ağır qəza: sürücü öldü

Tovuzda ağır qəza: sürücü öldü
  28 Avqust 2014    Oxunub:1203
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax younun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşlara məxsus "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:00-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti