Gənclər nifrətə `yox` deyəcək

Gənclər nifrətə `yox` deyəcək
  26 Avqust 2014    Oxunub:1937
“Sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dünyada bu baxımdan güclü ənənələrə, potensiala və inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirilməkdə və tanınmaqdadır. “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi bir daha ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıyır”.
Bunu Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.

27 avqust 2014-cü ildə təlimin açılış mərasimi olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.

27 -31 avqust 2014-cü il tarixlərində AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.

Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılacaq.


Teqlər:





Xəbər lenti