176 məzuna qızıl medal veriləcək - ƏMR

176 məzuna qızıl medal veriləcək - ƏMR
  11 Avqust 2014    Oxunub:3624
Avqustun 11-də təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti