`Erməni qoşunları çıxarılsın`- Şeyxdən II Qareginə cavab

`Erməni qoşunları çıxarılsın`- Şeyxdən II Qareginə cavab
  11 Avqust 2014    Oxunub:2238
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginin məktubuna cavab verib.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, cavab məktubunda deyilir:

"Zati Aliləri! Biz sizin Ermənistan Azərbaycan sərhədində, Azərbaycanın işğal olunmuş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə bağlı göndərdiyiniz məktubla tanış olduq. Hərbçilərin ölümü ilə və sərhəd yaşayan məntəqələrində yaşayanların dinc həyatının pozulması ilə nəticələnən gərgin vəziyyətlə bağlı sizin narahatlığınızı bölüşürəm. Ancaq təəssüflə sizin diqqətinizə çatdırıram ki, bütün bu atışmalar və diversiya əməliyyatları Azərbaycan torpaqlarında baş verir. Ermənistan ordusu tərəfindən atəşkəs rejimi pozulması nəticəsində Azərbaycanın həm əsgərləri, həm də dinc sakinlər həlak olur və ya güllə yaraları alırlar. Azərbaycan xalqı artıq 20 ildən çoxdur təmkin və hövsələ nümayiş etdirərək Qarabağ probleminin həllini gözləyir. Təəssüf ki, Azərbaycan dövlətinin sülhməramlı çağırışları hələ də Ermənistan tərəfindən eşidilməyib. Əksinə, Ermənistan qoşunları nəinki işğalı davam etdirir, həm də sistematik olaraq atəşkəsi pozur və dinc sakinləri öldürürlər. Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün biz sizi öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar. Biz bu gün Uca Yaradana üzümüzü tutaraq bölgədə möhkəm sülh və sabitliyin yaranması üçün dua edirik və ümid edirik ki, din xadimlərinin sülhsevər təşəbbüsləri xalqlarımıza fayda gətirəcək".


Teqlər:  





Xəbər lenti