İxtisas seçimi başa çatdı

İxtisas seçimi başa çatdı
  11 Avqust 2014    Oxunub:2410
Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 5038 abituriyent boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib.

Müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinin sayı 2116-dır. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.


Teqlər:  





Xəbər lenti