Emin Hüseynov haradadır?

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu da söndürülüb.
Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil.
“Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur” - deyə mətbuat xidmətindən "Turan"a bildirilib.
Teqlər: