Mingəçevirdə bir ailənin faciəsi

Mingəçevirdə bir ailənin faciəsi
  09 Avqust 2014    Oxunub:2139
Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan kürsülü birmərtəbəli 3 otaq, aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 130 kv.m sahədə və aynabəndin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti