Ağır və yüngül xəsarət növləri - SİYAHI

Ağır və yüngül xəsarət növləri - SİYAHI
  09 Avqust 2014    Oxunub:12418
Nazirlər Kabineti az ağır və yüngül xəsarət növlərinin siyahısını təqdim edib.
AzVision.az-a qurumdan verilən məlumatda bildirilir ki, həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlərə müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok, müxtəlif etiologiyalı koma, massiv (çoxlu) qanitirmə, kəskin ürək və ya damar çatışmazlığı, kəskin böyrək və ya qara ciyər çatışmazlığı, ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı, irinli-septik vəziyyət, daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən qan dövranı pozuntuları və həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi daxildir.

Sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər az ağır xəsarətlər hesab ediləcək.

Sağlamlığın qısa müddətdə (21gündən az) pozulmasına səbəb olan xəsarətlər, 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı, əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaq­ları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla), cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar, baş beyin silkələnməsi, sağlamlığı qısa müddətə pozan digər zədələnmələr, əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr yüngül xəsarətlər hesab ediləcək.



Teqlər:





Xəbər lenti