İntiqam Əliyevin işində `erməni izi`

İntiqam Əliyevin işində `erməni izi`
  08 Avqust 2014    Oxunub:9977
Bir neçə ay əvvəl Azərbaycanın xüsusi xidmət orqanları hüquq müdafiəçisi İntiqam Əliyevin ermənipərəst Qərb dairələri tərəfindən maliyyələşən fond və QHT-lərlə əlaqələri haqda məlumatlar əldə ediblər. Söhbət, ö cümlədən, İREX-in ermənipərəsət yetkilisi Anjela Nikoaradan gedir.
Haqqin.az saytının xəbərinə görə, məhz rumıniyalı Anjela Nikoara erməni diasporunun antiazərbaycan fəaliyyətini yönəldənlərdən biridir. O, Azərbaycanın aşağılandığı və kəskin tənqid olunduğu bir çox hesabatların müəllifidir. Eyni zamanda, Qarabağın müstəqilliyini təbliğ edir. Azərbaycanın xüsusi xidmət orqanları onun erməni kəşfiyyatı ilə əlaqədə olduğunu düşünürlər.

Məlumata görə, xüsusi xidmətlərin apardığı araşdırma nəticəsində İntiqam Əliyevlə Anjela Nikoara arasında əlaqələrin olduğu üzə çıxıb. Qeyd etmək lazımdır ki, İntiqam Əliyev İREX-in Azərbaycandakı əsas təmsilçisidir.

Ötən həftə Azərbaycan hökuməti bu Amerika təşkilatının bank hesablarına həbs qoymuşdu.


Teqlər:





Xəbər lenti