Müxalifətdən Rəsul Quliyevə sərt cavab

Müxalifətdən Rəsul Quliyevə sərt cavab
  08 Avqust 2014    Oxunub:2954
AXCP və Müsavat Partiyası keçmiş spiker Rəsul Quliyevin müxalifət təmsilçiləri haqda ittihamlarına cavab verib.
Rəsul Quliyevin müxalifət təmsilçilərinə “başıboş” deyərək təhqir etməsi müxalifətin etirazına səbəb olub.

AzVision.az-a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramı R.Quliyevi qorxaqlıqda ittiham edib:

“Rəsul Quliyevin belə hünəri varsa, Azərbaycana gəlsin də. Niyə gəlmir? Müxalifəti uzaqdan tənqid etmək asandır. Sözü varsa, hünəri vasa, gəlsin burada desin. Əgər elə bir ürəyin sahibidirsə”.

Müsavatın Divan üzvü Tural Abbaslı da Rəsul Quliyevin qeyri-ciddi adam olduğunu deyib.

“Bu Rəsul da oturub Amerikada, illərdir Azərbaycan müxalifətinə ağıllar, məsləhətlər verir. Özünü çox ağıllı hesab etsə də, nə Azərbaycanda siyasi gücə malikdir, nə də bu günə qədər ölkədə təsis etdiyi hansısa bir partiya, nailiyyətə müvəffəq olub. Son zamanlar da ümumiyyətlə belə boş-boş bəyanatlarla özünü gözdən salır. Partiya olaraq Rəsul müəllimin qeyri-ciddi fikirlərinə , yanaşmalarına münasibət bildirməyi özümüzə rəva bilmirik. Çünki Rəsul bəy özünü cəmiyyətdə qeyri-ciddi adam kimi tanıdıb. Ona görə də, onun sözləri ciddi qəbul olunmur. Bir sözlə, onun siyasi lider adına yaraşmayan boş söhbətlərinə cavab verməyi özümüzə rəva bilmirik”.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti