Baş redaktor vəfat edib

Baş redaktor vəfat edib
  07 Avqust 2014    Oxunub:2028
“Qızılbaş” qəzetinin təsisçisi və baş redaktoru, Fransa və Avropada Qafqaz Mərkəzinin prezidenti Eldar İbrahim oğlu Məmmədov (Eldar İbrahim) vəfat edib.
AzVision.az-ın məlumatına görə, bu haqda musavat.com-a onun qardaşı Loğman Məmmədov bildirib. O qeyd edib ki, qardaşı ilə birlikdə - 1996-cı ildən 2010-cu ilədək Fransada siyasi mühacir statusu ilə yaşayıblar: “2010-cu ildə biz Azərbaycana gəlmək istədik. Bolqarıstanda olanda bizi o ölkədən buraxmadılar, orada saxladılar. Məcbur olub orada məskunlaşdıq, 2010-dan Burqat şəhərində yaşadıq. 2014-ün iyulun 15-də Eldar qəfildən qan qusaraq dünyasını dəyişdi. Onun nəşini ölkəyə gətirib Pirşağıda, 2 saylı sovxozun qəbiristanlığında dəfn etdik. Avqustun 24-də Pirşağı 2 nömrəli sovxozda da, “İlqar” xeyir şər-evində onun 40 mərasimi keçiriləcək. Eldarın qələm və şəxsi dostlarını, yaxınları onun yasında görmək istərdik”.

L.Məmmədov dedi ki, E.İbrahim “Dünya mənim sirdaşımdır”, “Borc” kitablarının müəllifidir. İki dəfə ədəbiyyat üzrə beynəlxalq mükafatlara layiq görülüb, Türkiyədə ödül alıb. SSRİ Jurnalistlər və Yazıçılar İttifaqının, həmçinin MDB dövlətləri Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub. O, həmçinin Uluslararası Yaşıl Qardaşlar Partiyasının rəhbəri olub.


Teqlər:  





Xəbər lenti