`Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir`
Həmvətənlərimiz adından Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız beynəlxalq təşkilatlara bəyanatlar ünvanlayaraq onları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid edilməsi və dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, Ermənistanın bu hücumu qarşılıqsız qalmayacaq və Azərbaycan ordusu tərəfindən layiqli cavabını alacaq.
Bununla yanaşı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) da cəbhədəki gərginliklə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbacanlılara qarşı həyata keçirdiyi qətliam və soyqırımlara beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən heç bir siyasi, hüquqi qiymət verilməməsi və dünya ictimaiyyətinin hələ də bu məsələyə laqeyd qalması pislənilir.
Teqlər: