Prokurorluq Arif Yunusun həbsinin səbəblərini açıqladı
Lakin, bütün bunlara baxmayaraq A.Yunusov həmin tarixdən etibarən qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib.
Belə ki, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk etməsi, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsi, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmaması, eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməməsi müəyyən edilib.
Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Teqlər: