“Səməd Seyidov məruzəni darmadağın elədi”
“Avropa Şurası Parlament Assambleyasında Ermənistanda Prezident seçkiləri müzakirə olunur. Müşahidəçilərin böyük əksəriyyəti Ermənistanın demokratiya yolunda böyük irəliləyiş əldə etdiyini vurğulayırlar. Güllələnən namizəd haqqında danışılmır, bir aydır aclıq eden namizəddən bəhs edilmir.
Çünki Ermənistanı heç bir halda ayağa vermək olmaz. Bu qurumdan demokratiya ve ədalət gözləyənlər bu müzakirəni diqqətlə izləməlidirlər. Səməd Seyidov maraqlı arqumentlərlə hazırlanan məruzənı darmadağın etdi. Təbii ki, bizdə demokratiyanın vəziyyəti acınacaqlıdır, ancaq Ermənistanı bu qeder açıq dəstəkləmək, bu qədər tərəfli davranmaq bu qurumun əhəmiyyətsizliyini bir daha ortaya qoyur”-deyə F.Mustafa qeyd edib.
Qeyd edək ki, aprelin 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb. Azərbaycanı AŞPA-nın yaz sessiyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu - Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Sahibə Qafarova və Fazil Mustafa təmsil edirlər.