Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
  12 May 2025    Oxunub:402
UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" klubları arasında keçiriləcək final oyununu idarə edəcək hakimlər açıqlanıb.

AzVision.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Referi İştvan Kovaça Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını portuqaliyalı Yuan Pineyru yerinə yetirəcək. Niderlandlı Dennis Hiqler və rumıniyalı köməkçisi Katalin Popa isə VAR hakimi olacaqlar.

Qeyd edək ki, görüş mayın 31-də Almaniyanın Münxen şəhərində oynanılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti