Azərbaycanda polis rəisini döydülər - ÖZƏL

Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəililova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis bölməsinə aparıblar.
Sürücünün yaxınları dərhal 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.
Şahidlərin sözlərinə görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub.
AzVision.az