![]() |
Məşhur heyvan təlimçisi xərçəngin qurbanı oldu |
Castis özü bu addımını belə izah edib ki, onun saxladığı bu ev heyvanı senatorun siyasi fəaliyyətində mühüm rol oynayır. Buldoq Cimə stresi aradan qaldırmağa kömək edir.
"Bu balaca it hamımız üçün həqiqətən vacib bir şey edir. O, bizə xatırladır ki, siyasi fikir ayrılıqlarımıza baxmayaraq, biz insanlığımızı qoruyub saxlamalıyıq", - senator çıxışı zamanı deyib.
Senator etiraf edib ki, əvvəlcə buldoqunu ictimai imicinin bir hissəsinə çevirməyi planlaşdırmırmış. Lakin indi hər şeyin normal qarşılanmasına görə sevinir.
"Onun üçün sənin varlı və ya kasıb olmağının fərqi yoxdur. Yaxud da bu it uşaq ya böyük, respublikaçı və ya demokrata fərq qoymur. O, istənilən halda sizi sevəcək",- siyasətçi qeyd edib.
Tural Tağıyev
AzVision.az