Azərbaycan yeni peyk alır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumat görə, ilin sonunadək peyk kommersiya istismarına tam hazır vəziyyətə gətiriləcək. Hazırda “Airbus Defence and Space” ilə imzalanacaq “Strateji əməkdaşlığa dair” saziş üzərində son tamamlama işləri aparılır. Sənəd “SPOT 6” və “SPOT 7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin hər iki şirkət arasında bölünməsi, peykin idarə edilməsi və marketinqi sahələri üzrə yerli mütəxəssislərin hazırlanması, müasir texnologiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması və digər məsələləri əhatə edir.
“SPOT 7” peykinin bu ilin sonunadək “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi və ondan kommersiya məqsədi ilə istifadə edilməyə başlanması nəzərdə tutulur.