İlham Əliyevdən Krala məktub

Mərakeşin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və firavanlıq arzulayıram.
Teqlər: