Rusiyadan Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

AzVision.az xəbər verir ki, ötən gün erməni silahlı birləşmələri Tovuzun Əlibəyli kəndini atəşə məruz qoyub və iki mülki şəxsi yaralasa da, Rusiya kanalı bunu ermənilərin xeyrinə dəyişib.
Belə ki, Əlibəyli kəndinin güllənmiş evlərini göstərərək bildirirlər ki, bunu Azərbaycan edib və həmin kəndləri Ermənistan kəndi kimi yayımlayırlar. Yəni atəşkəsi Azərbaycan tərəfi pozur.
Bildirək ki, `Life News`un yayımladığı video Tovuzun `Türkəl` tv kanalına məxsusdur və videoda Əlibəyli kəndinin atəşə məruz qalması bildirilirdi. Kanalın yayımladığı videoda `Türkəl`TV-nin loqosu da öz əksini tapır.
AzVision.az