Ermənilər Kerrini topa tutdu

Ermənilər Kerrini topa tutdu
  15 Fevral 2013    Oxunub:2455
Massaçusetsdən senator olduğu dövrdə 1915-ci il hadisələrinin soyqırım olaraq tanınmasını müdafiə edən Con Kerrinin dövlət katibi olduqdan sonra mövqeyini dəyişməsi erməniləri bərk qəzəbləndirib.
Prezident Obamanın hakimiyyətinin ikinci dövründə dövlət katibi postuna seçilən Con Kerrinin qondarma erməni soyqırımı ilə bağlı mövqeyini dəyişməsi erməni diasporunu hiddətləndirib. Erməni lobbisinə yaxınlığı ilə tanınan Kerri, Obama administrasiyasında yer aldıqdan sonra mövqeyini ermənilərin əleyhinə dəyişib.
Erməni lobbisinə yaxın senatorlar Barbara Bokser və Robert Menendezin sözlərinə görə, dövlət katibi postuna namizəd Kerri senatorların 1915-ci il hadisələri ilə bağlı suallarını cavablandıran Kerri “ABŞ 1,5 milyon erməninin Osmanlı imperiyasının son günlərində sürgün və qətliamlar nəticəsində öldüyünü qəbul edir. Prezident hər il aprelin 24-də soyqırım qurbanlarını anır. Preizdent çıxışında da vurğuladığı kimi hədəfə çatmaq üçün ən yaxşı yol erməni və türk xalqının keçmişdəki həqiqətləri etiraf etməsidir. Amerika bu iki qonşu ölkənin münasibətlərinin normallaşdırılması üçün bütün səylərini səfərbər edib” söyləyib.
ABŞ-dakı ən nüfuzlu erməni lobbi qurumu Amerika erməniləri milli komitəsi (ANCA) üzvü Seto Boyadjan Kerrinin Konqresdə çalışdığı dövrdə 1915-ci il hadisələrini soyqırım olaraq tanımaq sözü verən Barak Obama, Hillari Klinton və Co Baydın kimi mövqe dəyişdiyini deyib. Boyadjan Amerika rəsmilərinin önəmli müttəfiqlərdən biri olan Türkiyə ilə münasibətləri riskə atmamaq üçün erməni məsələsini unutduqlarını bildirib.



Teqlər:  





Xəbər lenti