“Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” I FOTOLAR

 “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi”  I FOTOLAR
  14 Mart 2025    Oxunub:683
14-16 mart tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Martın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində konfransın rəsmi açılışı olub. Açılış mərasimindən sonra konfrans öz işini panel iclaslarla davam etdirib.

Günün ilk panel iclası “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub. Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib.

Daha sonra Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, akademik, rəssam-bərpaçı Krım Altınbekov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar.

Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçirilib, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən edilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti