Təhsil Nazirliyi Yay Məktəbi təşkil edir

Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.
Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı və ya spiker (təlimçi) qismində çıxış etmək üçün müraciət edə bilərlər. Müraciət üçün son tarix avqustun 4-dür.
Teqlər: