Donuz ferması ilə bağlı Şeyxə ŞİKAYƏT

“Biz Xəzər rayonu Binə qəsəbəsində “südçülük sovxozu” adlanan ərazidə yaşayırıq. Bizim şikayətimizə heç kim baxmır. Şikayətimiz ondan ibarətdir ki, yaşadığımız evlərimizin yanında donuz ferması yaradıblar.
Bu mübarək ayda oruc tuturuq, amma dinimizdə haram edilən donuzun iyindən tutduğumuz oruc batil olur. Evdə qoxudan oturmaq mümkün deyil. Yayın istisindən oturmaq mumkun deyil.
Sahibi kimdir, bilmirik. Biz bu üfunətdə yaşaya bilmirik. Gecə-gündüz iydən dayanmaq mümkün deyil. Belə getsə, körpələrimiz infeksion xəstəliklərə duçar olacaq. Xahiş edirik, müsəlmanlara haram olan bu donuz ferması barədə bir məsələ qaldırasınız”.
Fətva Şöbəsi bu şikayətin onların səlahiyyəti çərçivəsində olmadıqlarını bildirib: “Çətinliyinizi anlayışla qarşılayırıq. Lakin bu şikayətə baxmaq bizim səlahiyətlərimiz çərçivəsinə daxil deyil. Bunun üçün əlaqədar orqanlara öz şikayətinizi bildirin.
Yeri gəlmişkən, donuzun iyindən oruc batil olmur. Allah oruc-ibadətlərinizi qəbul etsin”.
Sevinc İltifatqızı