`Bayrama görə dəmir yolunda sərnişin sıxlığı artıb`

`Bayrama görə dəmir yolunda sərnişin sıxlığı artıb`
  25 İyul 2014    Oxunub:1140
Ramazan bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq üçün tədbirlər görülür.
Bu barədə AzVision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, həm yay fəsli, həm də bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı artıb:

`Ona görə də rayonlara gedən qatarlara əlavə vaqonlar qoşulur. Ən çox sərnişin sıxlığı qərb və cənub istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur.

Eyni zamanda, rayona gedən sərnişinlərin geri qayıtma vaxtları nəzərə alınaraq, bölgələrdən Bakıya gələn qatarlara da əlavə vaqonlar qoşulacaq.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti