Hərbçi olmaq istəyənlər üçün ŞANS

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən 31-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə bilərlər.
Məlumat üçün əlaqə telefonları: (012)-513-04-51, (012)-560-27-00.
Teqlər: