Jirinovski: `İlham Əliyev güclü liderdir` - VİDEO

Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında çıxış edərkən Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.
O, həmçinin Azərbaycanın Milli Lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
.