Hərbiçini vurub qaçdılar

Hərbiçini vurub qaçdılar
  22 Aprel 2013    Oxunub:1250
Naməlum avtomobil tərəfindən vurulan hərbiçi xəstəxanaya yerləşdirilib.
Beyləqan rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, ötən gün, gecə 23:00 radələrində Beyləqan rayonu Qəhrəmanlı kəndi ərazisində piyada, 25 yaşlı, hərbi qulluqçu, elə həmin kənddə yaşayan Cavid Hüseynov naməlum avtomobillə vurularaq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hüseynov dərhal Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon polis Şöbəsində araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti