Azərbaycanda yeni mobil operator yaradılır

“Çox şadıq ki, bu gün Naxçıvanda mobil sektor inkişaf edir, onlar özləri bunu həyata keçirirlər. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyalar naziri Rövşən Məmmədov ilə müzakirə etmişik, həmçinin bu gün müzakirə edəcəyik. Əgər perspektiv varsa ona bütün Azərbaycan üzrə lisenziya verəcəyik. Bu, bütün Azərbaycan üzrə xidmət göstərən ilk regional operator olacaqdır. Həm də, indi fəaliyyət göstərən mövcud olan operatorlar arasında rəqabət yarana bilsin”, - nazir deyib.