Polşa Aİ-nin Kiyevə verdiyi 91 milyon avroluq yardımı oğurlayıb

 Polşa Aİ-nin Kiyevə verdiyi 91 milyon avroluq yardımı oğurlayıb
  24 Fevral 2025    Oxunub:422
Polşada Avropa İttifaqından (Aİ) Ukraynaya yardım üçün nəzərdə tutulan külli miqdarda vəsait oğurlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.

Polşa Ukrayna üzrə özəl plan hazırlamağa çağırıb
Avropa Fırıldaqlarla Mübarizə Bürosunun (OLAF) məlumatına görə, Polşanın RARS şirkəti elektrik generatorlarının alınması və onların Ukraynaya çatdırılması üçün nəzərdə tutulmuş 91 milyon avro vəsaiti mənimsəyib. OLAF belə hesab edir ki, məlum proses zamanı süni qiymət artımı, rəqabətsizlik və yalnız müəyyən podratçılara ədalətsiz şəkildə üstünlük verilməsi halalrı da yaşanıb. Avropa Komissiyasının nümayəndəsi isə bununla bağlı bəyan edib ki, Aİ hazırda hər hansı saxtakarlıq, korrupsiya və qeyri-qanuni hərəkətlərə qarşı "sıfır dözümlülük siyasəti"nə riayət edir.

Fevralın 23-də Polşanın Konfederasiya Partiyasından olan deputatı, Avropa Parlamentində təmsil olunan siyasətçi Anna Brılko diqqət çəkən açıqlamalar vermişdi. O, bəyan edib ki, Ukrayna Kiyevə çatdırılan yardımların geri qaytarılacağına zəmanət verməlidir.

Bundan əvvəl polşalılar arasında Ukrayna mövzusunda aparılan bir sorğu da diqqət çəkmişdi. Sorğuda iştirak edən polşalıların 50%-dən çoxu Ukraynaya hərbi dəstəyin əleyhinə olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Ukrayna  





Xəbər lenti