Morninqstar Kəmaləddin Heydərovla vidalaşdı

Nazir ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.
Görüşdə səfirə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Səfir R. Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Teqlər: